Bütün xəbərlər
Həyat yoldaşını öldürən şəxs həbs olunub
Tarix: 28-06-2023 10:42 | Bölmə: Cəmiyyət

İyunun 26-da Sumqayıt şəhəri ərazisində 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sabaha-inamla.az-a Baş prokurorluqdan verilən məlumata görə, 
aparılmış araşdırma zamanı 1993-cü il təvəllüdlü Balafər Muradovun aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Muradovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq tədbirləri davam edir.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb