Bütün xəbərlər
Moskvanın şimalında avtomobil partlayıb
Tarix: 25-06-2023 23:02 | Bölmə: Cəmiyyət


İlkin məlumatlara görə, partlayışa səbəb “Volkswagen” markalı avtomobilin baqajında olan qaz-balon avadanlığı olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir nəfər yaralanıb.
Hadisə Festivalnaya küçəsində, ev 52-nin yaxınlığında baş verib. Paytaxtın hüquq-mühafizə orqanları qaz balonunda təzyiqin azaldığını bildiriblər.
Partlayış nəticəsində avtomobil havaya atılaraq damın üstünə çevrilib, əlavə olaraq yaxınlıqda dayanmış avtomobil də zərər çəkib. Təcili yardım xidmətləri hadisə yerinə yollanır.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb