Bütün xəbərlər
Şebekinoda dron hücumundan sonra bir müəssisə yanıb
Tarix: 24-06-2023 22:42 | Bölmə: Cəmiyyət


Belqorod vilayətinin Şebekino şəhərində düşmənin pilotsuz uçan aparatı sənaye müəssisələrindən birinə partlayıcı qurğu atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, regionun qubernatoru Vyaçeslav Qladkovun Telegram kanalında verdiyi məlumata görə, kiçik yanğın baş verib. Artıq yanğınsöndürənlər hadisə yerinə gəlib. Ölən və yaralananlar olmayıb.
İyunun 24-ü şənbə günü günortadan sonra Qladkov əməliyyat müşavirəsi keçirib, nəticədə bölgəyə girişə nəzarəti gücləndirmək qərara alınıb.
"Ümumilikdə vəziyyət stabildir. Bütün hüquq-mühafizə orqanlarının işi tam həcmdə aparılır", - qubernator görüşdən sonra deyib.
Şənbə günü axşam saat 6-dan 27 iyun çərşənbə axşamı səhər saat 6-a qədər Şebekino və Novaya Tavoljankaya girişin bağlanması qərara alınıb.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb