Bütün xəbərlər
Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb
Tarix: 24-06-2023 11:18 | Bölmə: Cəmiyyət


İyunun 23-ü saat 23 radələrində 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb