Bütün xəbərlər
Kemerovoda mənzildə baş verən yanğın nəticəsində 7 yeniyetmə xəsarət alıb
Tarix: 23-06-2023 23:55 | Bölmə: Cəmiyyət


Kuzbassın müstəntiqləri və prokurorları Komsomolski prospektindəki yaşayış binasında baş verən yanğın yerində işləyirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, 7 uşaq xəsarət alıb.
TFR-nin regional baş idarəsindən verilən məlumata görə, xəsarət alan uşaqlar xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilir. Hadisə yerində kriminalistlər işləyir, istintaq-əməliyyat tədbirləri aparılır.
Kuzbass prokurorluğu aydınlaşdırıb ki, yanğının ilkin səbəbi yanğınla ehtiyatsız davranmaqdır. Sosial şəbəkə istifadəçiləri hadisə şahidlərinə istinadən bildirirlər ki, 16 yaşlı yeniyetmələr zərər çəkib. Lakin qurbanların yaşının rəsmi təsdiqi yoxdur.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb