Bütün xəbərlər
4 yaşlı qız hovuzda ölüb
Tarix: 23-06-2023 23:40 | Bölmə: Cəmiyyət


Həştərxan vilayətinin istintaq orqanları fərdi evin həyətindəki hovuzda azyaşlı uşaq meyitinin tapılmasından sonra yoxlama aparır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə iyunun 23-də İkryaninski rayonunun Qırmızı Barrikadalar kəndində baş verib. Həştərxan vilayəti üzrə İstintaq İdarəsinin verdiyi ilkin məlumata görə, 4 yaşlı qız böyüklərin nəzarəti olmadan evin həyətində yerləşən karkas hovuzuna girib.
Uşağın atası həmin an yatırdı, ananın fikri ev işləri ilə məşğul idi. Bir müddət sonra qız heç bir həyat əlaməti olmayan suda tapılıb.
Faktla bağlı rayon İstintaq orqanları tərəfindən araşdırmaqabağı yoxlama aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Yoxlamanın gedişi istintaq idarəsinin rəisinin şəxsi nəzarəti altındadır.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər