Bütün xəbərlər
Yedək gəmisi Peçora çayının sahilində yanıb
Tarix: 21-06-2023 23:15 | Bölmə: Cəmiyyət


Nəqliyyat prokurorluğunun əməkdaşları iyunun 21-də Komi Respublikasının Usinski rayonunda gəmidə baş vermiş yanğının səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü Ust-Usa kəndi yaxınlığında olan "Aleksandr Melexin" yedək gəmisi hələ aydınlaşdırılmayan səbəblərdən yanıb. Bu barədə Şimal-Qərb nəqliyyat prokurorluğundan məlumat verilib. Zərərçəkənlər və yanğının nəticələri barədə məlumatlar araşdırılır.
Hadisə ilə bağlı yoxlama aparılır, yoxlama zamanı prokurorlar gəminin texniki vəziyyətini və kapitanın hərəkətlərini qiymətləndirəcəklər. Peçora nəqliyyat prokuroru hadisə yerinə gəlib.



Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb