Bütün xəbərlər
Yaşayış binasının 1100 kvadratmetr sahəsində yanğın baş verib
Tarix: 21-06-2023 22:49 | Bölmə: Cəmiyyət



İyunun 21-də Vladimir vilayətinin Sobinski rayonunda baş verən güclü yanğınla əlaqədar yaşayış binasından 50-yə yaxın insan, o cümlədən uşaqlar təxliyə edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vladimir vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin məlumatına görə, çərşənbə günü saat 18:08 radələrində Çerkutino kəndinin Mira küçəsindəki yaşayış binasında yanğın baş verməsi barədə məlumat fövqəladə hallar xidmətinə daxil olub. Yanğınsöndürənlər gələn zaman binanın 1100 kv.m sahəsi yanıb. İkinci mərtəbədəki mənzil və evin bütün dam örtüyü yanıb.
Binadan 9-u uşaq olmaqla 51 sakin təxliyə edilib. Bir saat sonra yanğının yayılması dayandırılıb, söndürmə işləri davam edir. Əməliyyatda 49 nəfər və 17 texnika iştirak edib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb