Bütün xəbərlər
Buryatiyada 18 gün meşədə azan qız xilas edilib
Tarix: 20-06-2023 20:08 | Bölmə: Cəmiyyət


Buryatiyada xilasedicilər 18 gün əvvəl yabanı bitkiləri yığarkən itkin düşən qızı tapıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,qız  bütün bu vaxtı meşədə keçirdi.
Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən verilən məlumata görə, iyunun 1-də Tunkinski rayonunun 29 yaşlı sakini meşədə itib. Axtarış zamanı 130 kvadrat kilometrdən çox meşə sahəsi tədqiq edilib.
Gənc qadın çərşənbə axşamı günortadan sonra, Darki bölgəsindən 15 kilometr aralıda qənaətbəxş vəziyyətdə tapılıb. O, həkimlərə təhvil verilib.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb