Bütün xəbərlər
Kuzbassda yük vaqonları relsdən çıxıb
Tarix: 19-06-2023 22:41 | Bölmə: Cəmiyyət

Novokuznetsk nəqliyyat prokurorluğunun əməkdaşları Kemerovo vilayətində iki vaqonun relsdən çıxması hallarını araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qərbi Sibir Nəqliyyat Prokurorluğunun məlumatına görə, hadisə bazar ertəsi axşam Uqlerod stansiyasının ərazisində baş verib. İlkin məlumatlara görə, iki boş yük vaqonu ümumi yollarda relsdən çıxıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur. Nəqliyyat prokurorluğu hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından qanunvericiliyin icrasını yoxlayır. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb