Bütün xəbərlər
Biləsuvardakı qətllə bağlı cinayət işi başlanıb
Tarix: 19-06-2023 11:09 | Bölmə: Cəmiyyət

İyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər.
Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində Bayram Bayramova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fəxrəddin Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir. 


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər