Bütün xəbərlər
Avtobusun yanması nəticəsində sərnişin xəsarət alıb
Tarix: 16-06-2023 23:58 | Bölmə: Cəmiyyət


Lipetsk vilayətində 13-ü uşaq olmaqla 49 sərnişini daşıyan turist avtobusu yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir yaralının olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin regional baş idarəsinin məlumatına görə, hadisə cümə günü yerli vaxtla saat 16 radələrində Xlevenski rayonunda baş verib. Avtobus Qomel - Kabardin-Balkar marşrutu ilə hərəkət edib.
Sürücü maşın sürərkən mühərrik hissəsindən tüstü çıxdığını görüb. O, avtobusu saxladıqdan sonra təcili yardım çağırıb və sərnişinləri təxliyyə etməyə başlayıb.
Təxliyə zamanı 1968-ci il təvəllüdlü qadın xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Avtobus tamamilə yanıb. Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Sərnişinlər müvəqqəti olaraq yerli oteldə yerləşdirilib.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər