Bütün xəbərlər
Altı yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq ölüb
Tarix: 16-06-2023 23:03 | Bölmə: Cəmiyyət


Paytaxtın istintaq orqanları Moskvada çoxmərtəbəli binalardan birinin pəncərəsindən yıxılan azyaşlı uşağın ölümünün hansı şəraitdə baş verdiyini yoxlayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, 6 yaşlı uşaqla faciə cümə günü Bolşaya Spasskaya küçəsində baş verib. İlkin məlumatlara görə, qısa müddətə nəzarətsiz qalan uşaq  ağcaqanad üçün qoyulan tora söykənərək pəncərədən yıxılıb. 16-cı mərtəbədən yıxılarkən həyatla bir araya sığmayan xəsarətlər alıb.
Uşağın ölümü ilə bağlı araşdırmalara başlanılıb. Hadisə yerində müstəntiqlər işləyir, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb