Bütün xəbərlər
İnquşetiyada baş verən qəzada dörd böyük və üç uşaq ölüb
Tarix: 16-06-2023 22:58 | Bölmə: Cəmiyyət

İnquşetiya Respublikasının Dövlət Yol Müfəttişliyinin əməkdaşları federal magistralda yeddi nəfərin ölümü ilə nəticələnən faciəvi qəzanın səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Respublika Baş İdarəsinin məlumatına görə, cümə günü Kavkaz federal magistralının 595-ci kilometrliyində “Mercedes” və “Lada-112” markalı avtomobillər toqquşub. İlkin ehtimala görə, qəzanı qarşıdan gələn zolağa çıxaran xarici avtomobilin sürücüsü törədib.
Zərbədən sonra avtomobillərə ciddi ziyan dəyib. Qəza nəticəsində hər iki sürücü, “Mercedes” markalı avtomobilin sərnişini və “Lada”nın 4 sərnişini dünyasını dəyişib. Onlardan üçü azyaşlıdır.
Polis əməkdaşları ölümlə nəticələnən toqquşma yerindədir. Hadisənin baş vermə şəraiti müəyyən edilir.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb