Bazar günü, 9 mart 2025, 04:48:36  
Son xəbərlər:
Bütün xəbərlər
Rusiyalı ABŞ-da kiber fırıldaqçılıqda şübhəli bilinərək həbs edilib
Tarix: 15-06-2023 23:08 | Bölmə: Cəmiyyət


ABŞ hakimiyyəti 20 yaşlı Rusiya vətəndaşını bütün dünya üzrə kompüter istifadəçilərindən on milyonlarla dollar kriptovalyuta tələb etməkdə ittiham edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı Ruslan Astamirovun həbsi ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin məlumatını RİA Novosti agentliyi yayıb. Amerika tərəfinin bildirdiyinə görə, Astamirov qəsb məqsədilə həyata keçirilən ən azı beş kompüter hücumunda şəxsən iştirak edib.
Bildirilir ki, bütün dünyada kompüterləri bloklamaq üçün aralarında həbs edilən şəxsin də olduğu bir qrup haker LockBit zərərli proqramından istifadə edib. Kibercinayətkarlar ümumilikdə 1,4 minə yaxın kompüter hücumu həyata keçiriblər və bu hücumlar zamanı qurbanlardan on milyonlarla dollar dəyərində kriptovalyuta alıblar.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Astamirov haker qrupunun kimliyi müəyyən edilən üçüncü, həbs edilən ikinci üzvü olub. Tezliklə onun məhkəməsi olacaq. Həmyerlimiz cəzası 5 və 20 ilə qədər həbsi nəzərdə tutan iki maddə üzrə keçir.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb