Bütün xəbərlər
Hündürmərtəbəli binada baş verən güclü yanğın səbəbindən 200-ə yaxın sakin təxliyə edilib
Tarix: 13-06-2023 23:56 | Bölmə: Cəmiyyət


Krasnoyarskda iyunun 13-də şəhərin yaşayış binalarından birinin damında baş vermiş yanğının söndürülməsinə 70 yanğınsöndürən cəlb edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi xəbər verir ki, Krasnoyarsk şəhərinin Novqorodskaya küçəsində yaşayış binasının damında yanğın baş verməsi barədə məlumat fövqəladə hallar xidmətinə çərşənbə axşamı saat 21:58-də (Moskva vaxtı ilə 17:58) daxil olub.
Yanğınsöndürənlər gələnə qədər 200-ə yaxın sakin müstəqil olaraq mənzillərini tərk edərək bayıra çıxıblar.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 70 əməkdaşı və 26 texnikası işləyir. Yanğınsöndürənlərə 210 kvadratmetr sahədə yanğının qarşısını almaq üçün təxminən bir saat lazım olub. Zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb. Yanğının baş vermə səbəbləri yanğın söndürüldükdən sonra müstəntiq tərəfindən araşdırılacaq.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb