Bütün xəbərlər
“Lena”da iki tanker toqquşub, yanacağın bir hissəsi çaya axıb
Tarix: 12-06-2023 23:53 | Bölmə: Cəmiyyət


İrkutsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Lena çayında iki gəmi toqquşub: Alekseyevsk kəndindəki limanda təmirdə olan TR-901 tankeri və 832 ton benzin daşıyan TR-900 "Erofey Xabarovsk” tankeri. Toqquşmada benzin daşıyan tanker zədələnib, yanacağın bir hissəsi çaya axıb.
Hadisə ilə bağlı araşdırma aparılır. İstintaq idarəsinin müstəntiqləri və kriminalistləri hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş kompleks istintaq hərəkətləri həyata keçirirlər.
Mart ayında İndoneziyada tankerdə yanğın nəticəsində iki nəfər ölüb, biri itkin düşüb.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb