Bütün xəbərlər
Qız Donetskin atəşə tutulması zamanı həlak olub
Tarix: 12-06-2023 23:53 | Bölmə: Cəmiyyət


Donetsk sakini Ukrayna qüvvələrinin şəhərin Kiyevski rayonunu atəşə tutması nəticəsində həlak olub, mer Aleksey Kulemzin bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəlcə bir qızın - ticarət pavilyonunun əməkdaşının xəsarət alması barədə məlumat yayılsa da, sonradan şəhər rəhbəri onun ölümünü açıqlayıb. Mərhumun neçə yaşında olduğu açıqlanmır.
Bazar ertəsi səhər Ukrayna Silahlı Qüvvələri Donetskə 45 mərmi atıb. Krasnaya və Luqovaya küçələrində fərdi yaşayış evlərində dam örtüyü, divarlar və şüşələr sınıb, Krasnoznamnaya küçəsində isə evə raket düşüb. Artem küçəsində fraqmentlər hündürmərtəbəli binanın fasadını yarıb.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb