Bütün xəbərlər
İstanbulda öldürülən rusiyalı turist dava salıb
Tarix: 12-06-2023 22:56 | Bölmə: Cəmiyyət

İstanbulun mərkəzində baş verən atışmada həlak olan rusiyalının özü münaqişəyə səbəb olub, bunu “Milliyet”in dərc etdiyinə görə, müşahidə kameralarının görüntüləri də sübut edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə iyunun 11-də səhər saat 8 radələrində Beyoğlu rayonunda Taksim meydanı yaxınlığındakı keçiddə baş verib. Kadrlardan da göründüyü kimi, sərxoş olan Vyaçeslav Neçiporçuk əvvəlcə yerli sakinlərlə səs-küylü nəyisə müzakirə edir, onlardan birinin saçını dartışdırır, sonra isə ədəbsiz jestlər göstərməyə və kişilərin ünvanına təhqirlər yağdırmağa başlayır.
Türkiyəyə iş üçün gələn rus qovuldu, lakin o, geri qayıdaraq dava salmağa davam edib. O, getmək təkliflərinə cavab verməyib, daha sonra rəqiblərindən biri bıçağı çıxarıb və onu hədələyib. Neçiporçuk bir az geri çəkildi, amma sakitləşmədi. Sonda o, təkbətək duelə nail olub və bu duel zamanı ağ köynəkli şəxsə təpik atarkən təsadüfən onun tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.
Yaranın ölümcül olduğu ortaya çıxdı - Vyaçeslav xəstəxanada öldü. Onun rəqiblərindən üçü hadisə yerindən qaçıb, ikisi saxlanılıb, lakin indiyədək ölümcül zərbəni vuranın izinə düşmək mümkün olmayıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Əvvəllər quldurların rusiyalıya hücum edərək telefonunu əlindən almaları ilə bağlı versiyalar irəli sürülüb və o, onlara cavab verib.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər