Bütün xəbərlər
Fransada toya gələnləri maşın vurub
Tarix: 10-06-2023 22:34 | Bölmə: Cəmiyyət


Hadisə Fransanın mərkəzində baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BFMTV kanalının məlumatına görə, "Renault Clio" sürücüsü izdihamı sıxışdırıb. Toy qonaqları xarici maşının təkərləri altında qalıblar.
" Sürücüsü idarəetməni itirərək Kleri-Saint-Andre şəhər meriyası qarşısında camaata çırpılıb. İnsanlar toy mərasimindən sonra binanı tərk edirdilər", - kanal xəbər verir.
Qəza yerinə 70-ə yaxın xilasedici gəlib. Meriyanın yanında səyyar təcili tibbi yardım məntəqələri təşkil olunub.
Hazırda 10 qurbanın adı məlumdur. İki nəfərin vəziyyəti ağırdır.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər