22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
Tarix: 10-06-2023 20:46 | Bölmə: Cəmiyyət

İyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, 
ilkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam etdirilir.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər