Bütün xəbərlər
Moskvada fitnes klubunda baş verən yanğında bir nəfər ölüb
Tarix: 09-06-2023 23:57 | Bölmə: Cəmiyyət


Paytaxtda Bolşaya Semenovskaya küçəsində yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyi ilə yanğın söndürülsə də, hadisə tələfatsız olmayıb.
Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, faciə Bolşaya Semenovskaya, 11, bina 3 ünvanında yerləşən fitnes klubunda baş verib. Yanğın sahəsi 50 kvadratmetr olub. Bir nəfərin ölümü ilə bağlı Böyükşəhər Prokurorluğu araşdırmalara başlayıb.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər