Bütün xəbərlər
Su elektrik stansiyasının partlaması nəticəsində Xerson vilayətinin 7 sakini həlak olub, 5 min nəfər isə təxliyə edilib
Tarix: 08-06-2023 21:41 | Bölmə: Cəmiyyət


Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo özünün Telegram kanalında Kaxovskaya su elektrik stansiyasının dağıdılmasından sonra bölgə ərazilərini su basmasının nəticələrindən danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vladimir Saldonun sözlərinə görə, iyunun 8-i axşam saatlarında Novaya Kaxovka, Aleşkov və Qola Pristanın su basmış ərazilərindən 5 minə yaxın insan təxliyə edilib, onlardan 178-i uşaq, daha 62 nəfəri isə hərəkət qabiliyyəti məhdud insanlardır. Müvəqqəti yerləşdirmə mərkəzlərində minə yaxın insan var. Tibbi yardım və xəstəxanaya yerləşdirmə 62 yerli sakin tələb edirdi.
Son məlumatlara görə, ölənlərin sayı 7 nəfərə çatıb. Onlardan iki dinc sakin Ukrayna Silahlı Qüvvələrinin Qolaya Pristanda təxliyə zonasını atəşə tutması zamanı ölümcül yaralanıb.
Vladimir Saldo qeyd edib ki, bu gün suyun səviyyəsinin qalxmasının əsas zirvəsi keçib, Novokaxovsk şəhər dairəsində suyun səviyyəsində azalma qeydə alınıb. Amma Aleşki və Qolaya Pristanda geniş ərazilər hələ də su ilə örtülüdür.
İlkin hesablamalara görə, daşqının vurduğu dağıntılardan dəyən ziyan 1,5 milyard rublu keçə bilər. Dəqiq məlumatlar yalnız suyun enişindən sonra məlum olacaq. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları su basmış ərazilərdə işləyir. Xilasedicilər qapı-qapı dövrə vurur və zərərçəkənlərə yardım göstərirlər.
Daşqından sonra ərazinin dezinfeksiyası hərbçilər tərəfindən aparılacaq. Xerson vilayətinin ərazisində əvvəllər elan edilmiş fövqəladə vəziyyət rejimi fəaliyyətini davam etdirir.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər