Bütün xəbərlər
Azyaşlı uşaq 9-cu mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
Tarix: 07-06-2023 23:35 | Bölmə: Cəmiyyət


İstintaq orqanlarının və prokurorluğun əməkdaşları iyunun 7-də Leninqrad vilayətində baş vermiş ölümlə nəticələnən qəzanın səbəblərini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Leninqrad vilayəti üzrə istintaq idarəsinin məlumatına görə, insident çərşənbə günü günorta Murino şəhərindəki hündürmərtəbəli binalardan birində baş verib. 2021-ci il təvəllüdlü qız anası ilə birlikdə 9-cu mərtəbədəki mənzildə olarkən pəncərənin altlığına çıxaraq açıq pəncərədən yıxılıb.
Vsevolojsk şəhəri üzrə İstintaq İdarəsi və şəhər prokurorluğu yoxlamalar aparır və hadisənin baş vermə şəraitini aydınlaşdırır.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər