Bütün xəbərlər
Türkiyədə aşan ağac rusiyalı turisti öldürüb
Tarix: 07-06-2023 20:58 | Bölmə: Cəmiyyət


Türkiyənin Muğla vilayətində 63 yaşlı rus qadının da olduğu turist qrupunun üzvlərinin üzərinə çürük ağac aşıb.
Həmyerlimiz aldığı xəsarətlərdən dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciəli insident çərşənbə günü, iyunun 7-də on nəfərdən ibarət turist qrupu Kayadibi şəhəri yaxınlığında yerləşən şəlalələrə yollanarkən baş verib. Belə ki, kökləri çürümüş ağac qəfildən insanların üzərinə aşıb.
Rusiyalı qadın Alla Medvedeva aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Daha iki nəfər, o cümlədən biri britaniyalı yaralanıb. RİA Novosti-nin verdiyi məlumata görə, Rusiyanın Antalyadakı Baş Konsulluğu həmyerlimizin ölümünü təsdiqləyib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər