Bütün xəbərlər
Moskvada yeniyetmə dostunu öldürməyə cəhddə ittiham olunub
Tarix: 06-06-2023 23:52 | Bölmə: Cəmiyyət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Böyükşəhər Məhkəməsi oyun meydançasında yaşıdını yandırmaqda şübhəli bilinən bir gün əvvəl saxlanılan 14 yaşlı yeniyetmənin həbsi ilə bağlı qərar çıxarıb.
Xatırladaq ki, iyunun 5-də bir qrup yeniyetmə Çeçerski zolağındakı uşaq meydançasına gəlib. Yetkinlik yaşına çatmayan məktəblilər hələlik məlum olmayan səbəblərdən bir-birini yanan maddə ilə çiləməyə başlayıblar. Bundan sonra onlardan biri dostuna od vurub.
Zərərçəkmiş demək olar ki, bütün bədəni geniş yanıqlar alıb və xəstəxanaya aparılıb. Hazırda həkimlər onun vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirlər.
Saxlanılan şəxs barəsində “Xüsusi amansızlıqla adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb. Moskva prokurorluğunun Telegram kanalının məlumatına görə, yeniyetməyə qarşı ittiham irəli sürülüb. İyunun 5-də prokurorluğun iştirakı ilə baş tutan məhkəmə onun həbsi ilə bağlı qərar çıxarıb.
Şübhəli özünü təqsirli bilməyib və məhkəmədən ev dustaqlığı ilə cəzalandırılmasını istəyib.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər