Bütün xəbərlər
Məktəb binasının çökməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb
Tarix: 06-06-2023 17:57 | Bölmə: Cəmiyyət

Babək rayon Nehrəm kənd 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
ibtidai istintaqla qeyd olunan hadisənin Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və arxitektura komitəsinin Babək rayon İdarəsində iş icraçısı, 1963-cü il təvəllüdlü Bahadur Novruzovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.
Bahadur Novruzova Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.


Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər