Bütün xəbərlər
Novosibirsk xəstəxanasında baş verən yanğın tamamilə söndürülüb
Tarix: 04-06-2023 23:10 | Bölmə: Cəmiyyət


Novosibirskdə Mərkəzi Klinik Xəstəxanada baş verən yanğın tamamilə söndürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 1,8 min kvadratmetr sahədə binanın dam örtüyü yanıb. Yanğın saat 15.25-də (Moskva vaxtı ilə 11.25) baş verib.
Xəstəxanadan 150 nəfər təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“17.11-də (Moskva vaxtı ilə 13.11) açıq yanma aradan qaldırıldı. 22.47-də (Moskva vaxtı ilə 18.47) ləğvetməni başa çatdırmaq”, - mətbuat xidmətindən bildirilib.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər