23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Prilepin sui-qəsd cəhdindən sonra yenidən yeriməyi öyrənməli olacaq
Tarix: 02-06-2023 23:25 | Bölmə: Cəmiyyət


Sui-qəsd nəticəsində yaralanan yazıçı Zaxar Prilepin müalicədən sonra yenidən yeriməyi öyrənməli olacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu yazıçını xəstəxanada ziyarət edən Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin deyib.
"İndi bu, kifayət qədər çətin mərhələdir, çünki əslində, bütün əməliyyatlardan və zədələrdən sonra yenidən yeriməyi öyrənməlidir", - Nikitin Telegram-da yazıb. "Amma Zaxar zabitdir, onun döyüş ruhu var, ona görə də hər şeyin öhdəsindən gələ bilir”.
Prilepinin idarə etdiyi avtomobil mayın 6-da Nijni Novqorod vilayətində partladılıb. Yazıçı yaralanıb və daha sonra dörd əməliyyat keçirib. Onun döyüş yoldaşı, Rusiya Qvardiyasının “Oplot” batalyonunun döyüşçüsü Aleksandr Şubin həlak olub. Məlum olub ki, yolda partlayıcı qurğu işə düşüb.
Polis hücumda əli ola bilən şəxsi həbs edib. O, terror aktı və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə ittiham olunub. O, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiyini bildirib.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər