20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Naxçıvan sakininin qətıə yetirilməsi faktı üzrə cinayət işi başlanıb
Tarix: 01-06-2023 08:50 | Bölmə: Cəmiyyət


Mayın 31-i Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər. 
Məlumata görə, ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.



Baxış sayı: 423


Bölməyə aid digər xəbərlər