Bütün xəbərlər
Maqadan vilayətində baş verən yanğında iki uşaq və bir qadın ölüb
Tarix: 27-05-2023 23:27 | Bölmə: Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən verilən məlumata görə, Maqadanın Susuman şəhərində yanğın zamanı iki uşaq və 45 yaşlı qadın ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mayın 27-də axşam saatlarında Lenin küçəsində iki otaqlı mənzildə yanğın baş verib. Yanğınsöndürənləri tüstü iyi gələn qonşular çağırıb. Xilasedicilər pilləkənlərlə 2-ci mərtəbədəki otağa qalxmış və otaqlara baxış zamanı huşsuz vəziyyətdə olan yeddi yaşlı uşaq və bir qadın aşkar etmişlər.
Təcili yardım həkimləri xəstələri reanimasiya etməyə çalışsalar da, onların səyləri nəticəsiz qalıb - zərərçəkənlər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Xilasedicilər 40 dəqiqə ərzində yanğının öhdəsindən gəlib. Yanğının səbəbi hələ müəyyən edilməyib.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər