23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Elbrusda itən belaruslu turistlər tapılaraq enməyə hazırlaşırlar
Tarix: 24-05-2023 21:29 | Bölmə: Cəmiyyət


Elbrusun qərb yamacında itən Belarusdan olan turistlər tapılıb, insanların həyatı üçün təhlükə yoxdur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların hündürlükdən enməsi məsələsi həll edilir, Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
Mayın 12-də Belarusdan altı nəfərdən ibarət turist qrupu Karaçayevski rayonundakı bazaya gəlib. Qrupun qayıdışı mayın 22-nə təyin edilmişdi, lakin bu baş vermədi.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, itkin düşənlər sonda Utyuq dağının zirvəsinin təxminən dörd min metr hündürlüyündə tapılıb. Çətin dağlıq ərazidə axtarış işləri 36 saat davam edib. Hündürlüyə qalxma güclü külək və qarla müşayiət olunub.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər