23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Krasnodarda güclü partlayış nəticəsində mənzil dağılıb
Tarix: 24-05-2023 21:00 | Bölmə: Cəmiyyət


Mayın 24-də axşam saatlarında Krasnodardakı beşmərtəbəli binada sonuncu mərtəbədəki mənzildə partlayış və yanğın baş verib. İ

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, bir nəfər xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin rayon Baş İdarəsindən verilən məlumata görə, çərşənbə günü saat 17:20 radələrində Kliniki küçəsində yerləşən 18 saylı evdə partlayış və təxminən 100 kv.m sahədə yanğın baş verib. Hadisə yerindən olan görüntülərə görə, beşinci mərtəbədəki mənzilə ciddi ziyan dəyib. Yanğınsöndürənlər 10 dəqiqədən sonra alovun qarşısını almaq üçün hadisə yerinə gəliblər.
Binadan 45 nəfər təxliyə edilib. Sakinlərdən biri yüngül xəsarət alıb və xəstəxanaya aparılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar Baş İdarəsinin rəisi və birinci müavini, regional mülki müdafiə və fövqəladə hallar nazirinin birinci müavini hadisə yerinə yola düşüb.
İlkin məlumata görə, partlayış məişət qazının alışması nəticəsində baş verib. Krasnodar Mərkəzi İnzibati Dairəsinin prokurorluğu araşdırma təşkil edib. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər