20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Baş Prokurorluğun keçmiş əməkdaşı bir milyon dollar rüşvətə görə həbs edilib
Tarix: 22-05-2023 23:11 | Bölmə: Cəmiyyət

Moskva Məhkəməsi rüşvətxorluqda təqsirləndirilən Rusiya Federasiyası Baş Prokurorluğunun kadrlar üzrə baş idarəsinin keçmiş əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın bazar ertəsi verdiyi məlumata görə, Moskvanın Presnenski Məhkəməsi Rusiya Federasiyası Baş Prokurorluğunun keçmiş kadrlar üzrə zabiti Maksim Kovalevi azı iki aylıq ev dustaqlığına göndərib. O, bir milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.
İlkin məlumatlara görə, müəyyən bir vəkil cinayət işlərindən birinin gedişinə təsir göstərdiyi təqdirdə Kovalevə bu məbləği ödəyəcəyini vəd edib. Lakin sonradan vəkil Kovalevin öz qabiliyyətlərini şişirtdiyindən şübhələnib. O, FSB-yə müraciət etdi və gözlənilən sövdələşmə haqqında məlumat verdi, bundan sonra Kovalev saxlanıldı.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər
25-09-2023, 11:38 Arvadını qətlə yetirib