Bütün xəbərlər
Özbəkistan Prokurorluğu ilə hüquqi əməkdaşlıq uğurla davam etdirilir
Tarix: 22-05-2023 20:37 | Bölmə: Cəmiyyət


Özbəkistan Respublikasında dələduzluq əməlini törətməkdə təqsirləndirilərək, 2021-ci ildən etibarən həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş, 1979-cu il təvəllüdlü Tacikistan Respublikasının vətəndaşı Saodat Mahmudovanın verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, 
Saodat Mahmudova cari ilin fevral ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər