Bütün xəbərlər
Ural quşçuluq fermasında hazır məhsul anbarı yanıb
Tarix: 17-05-2023 21:18 | Bölmə: Cəmiyyət

Sverdlovsk vilayətində quşçuluq fermasının təxminən 400 kvadratmetr sahəsini əhatə edən yanğın söndürülür.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən verilən məlumata görə, Sverdlovsk vilayətinin Bulanəşin kəndində fabrikdə yanğın baş verməsi barədə məlumat fövqəladə hallar xidmətinə çərşənbə günü saat 19:23 radələrində (Moskva vaxtı ilə təxminən 17:23) daxil olub.
İlkin məlumata görə, yanğın müəssisənin hazır məhsul və avadanlıqlarının saxlandığı anbarda baş verib. Yanğınsöndürənlər gələnə qədər 30-a yaxın adam binadan təxliyə edilib. Zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.
Hazırda yanğınsöndürənlər tərəfindən açıq alov aradan qaldırılıb, yanan konstruksiyalar tökülür. Söndürmə işlərinə 24 nəfər və 8 texnika cəlb olunub. Yanğının baş vermə səbəbləri və şəraiti araşdırılır.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər