Bütün xəbərlər
Krasnoyarsk yaxınlığındakı mağazada güclü yanğın baş verib
Tarix: 15-05-2023 23:37 | Bölmə: Cəmiyyət


Mayın 15-də axşam saatlarında Krasnoyarsk diyarının Nijneinqaşski rayonunda ikimərtəbəli mağaza yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi saat 21:20 radələrində (Moskva vaxtı ilə təxminən 17:20) Fövqəladə Hallar Xidmətinə Krasnoyarskın Nijnyaya Poyman kəndindəki mağazada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin rayon Baş İdarəsindən verilən məlumata görə, yanğın ikimərtəbəli binanın 1200 kvadratmetr sahəsini əhatə edib. Yanğın nəticəsində mağazanın dam örtüyü yanıb, dam örtüyü ilə 2-ci mərtəbə arasındakı taxta tavan dağılıb.
Yanğınsöndürənlər yalnız üç saatdan sonra alovun yayılmasının qarşısını ala biliblər. Söndürmə işlərinə 18 nəfər və 5 texnika cəlb olunub. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur, hadisənin səbəbləri araşdırılır.



Baxış sayı: 259


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb