21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb
Tarix: 14-05-2023 00:05 | Bölmə: Cəmiyyət


Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
İbtidai istintaq davam edir.



Baxış sayı: 532


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib