Bütün xəbərlər
Ana rəfiqəsi ilə danışarkən körpə dördüncü mərtəbədən yıxılıb
Tarix: 13-05-2023 21:41 | Bölmə: Cəmiyyət


Moskvanın cənub-qərb hissəsində, Yujnobutovskaya küçəsində azyaşlı ilə bağlı ağır insident baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şənbə günü, mayın 13-də paytaxt prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, dörd yaşlı uşaq yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb.
“İlkin məlumata görə, hadisə zamanı uşağın anası başqa uşaqla rəfiqəsinə baş çəkməyə gəldiyi mənzildə olub”, - idarədən bildirilib.
Zərərçəkənin sağ qaldığı və ağır vəziyyətdə xəstəxanaya aparıldığı məlum olub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər