Bütün xəbərlər
Melitopolda baş verən partlayışdan sonra yaşayış binalarında elektrik enerjisi kəsilib
Tarix: 12-05-2023 23:29 | Bölmə: Cəmiyyət

Mayın 12-də axşam saatlarında Zaporojye Melitopol sakinləri partlayış səsi eşidiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan sonra üç rayonda elektrik enerjisinin verilişində fasilələr başlayıb.
“RİA Novosti” xəbər verir ki, mayın 12-də axşam saatlarında şəhərdə gurultulu partlayışdan sonra Melitopolun enerjisi qismən kəsilib. Şəhər administrasiyasının Telegram kanalının məlumatına görə, Mikrorayon, Xanda və Krasnaya Qorka elektrik enerjisi ilə təmin olunmayıb.
“Tavria-Enerqo” şirkətinin ilkin məlumatlarına görə, yarımstansiyada mühafizə sistemlərinin işləməsi səbəbindən elektrik enerjisi kəsilib. Sakinlərdən sakit olmaları xahiş olunur. Texniki xidmət briqadaları elektrik enerjisinin verilməsini bərpa etmək üçün çalışırlar. Baş verənlərin təfərrüatları araşdırılır.


Baxış sayı: 349


Bölməyə aid digər xəbərlər