Bütün xəbərlər
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 12-05-2023 21:18 | Bölmə: Cəmiyyət


Mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər.
Məlumata görə, aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.


Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər