Bütün xəbərlər
Kiyev Qərbdən 28 təyyarə və 575 tank alıb
Tarix: 11-05-2023 22:41 | Bölmə: Cəmiyyət


Qərb ölkələri hazırda Ukrayna Silahlı Qüvvələrinə 28 təyyarə və 575 tank verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşanın Aİ yanında daimi nümayəndəliyi özünün Twitter mikrobloqunda yazıb.
Onlar həmçinin aydınlaşdırıblar ki, 28 təyyarədən 14-ü polyaklar tərəfindən təchiz edilib. Tanklara gəlincə, Kiyev yenidən Varşavadan 325 zirehli maşın alıb. Daha 85-i fransızlar, 80-ni almanlar, 76-nı isə amerikalılar verib.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkəsinin Ukraynaya “Storm Shadow” qanadlı raketlərini çatdırdığını təsdiqləyib. Düzdür, indiyə qədər yalnız bir neçə sursatdan danışırıq. Bu raketlərin uçuş məsafəsi təxminən 560 kilometr, ixrac versiyasında isə 250 kilometrdir.
Həmçinin mayın əvvəlində ABŞ Ukraynaya 300 milyon dollar dəyərində qiymətləndirilən, daha bir hərbi yardım paketini təsdiqləyib. Buraya HIMARS kompleksi üçün raketlər, artilleriya mərmiləri, TOW tank əleyhinə raketlər, AT-4 qumbaraatanları və Karl Qustaf daxil olacaq.


Baxış sayı: 367


Bölməyə aid digər xəbərlər