Bütün xəbərlər
Blaqoveşenskdə vəsiqəsi olmayan sürücü 14 nəfəri yaralayıb
Tarix: 08-05-2023 23:27 | Bölmə: Cəmiyyət

Bazar ertəsi, mayın 8-də Blaqoveşenskdə qurbanların olduğu ağır yol qəzası baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Krasnoarmeyskaya və Boqdan Xmelnitski küçələrinin kəsişməsində “Toyota Prius” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib və mikroavtobusu aşırıb.
Hadisə nəticəsində ikisi 17 və 14 yaşlı yeniyetmə olmaqla 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlum olub ki, qəzanın günahkarı olduğu iddia edilən şəxs lisenziyası olmadan sükan arxasına keçib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları fövqəladə vəziyyətin bütün hallarını müəyyən edir, prokurorluq və İstintaq Komitəsinin regional baş idarəsinin əməkdaşları artıq prosesə qoşulub və onlar istintaqa hazırlıq yoxlamasına başlayıblar.
Qəza iştirakçılarının günahının dərəcəsi ilə yanaşı, TFR sərnişinlərin daşınmasının nə dərəcədə düzgün təşkil edildiyini və göstərilən xidmətlərin mövcud təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini öyrənməyi planlaşdırır.


Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər