Bütün xəbərlər
Volqoqradın müxtəlif rayonlarında naməlum şəxslər kütləvi dava ediblər
Tarix: 05-05-2023 22:23 | Bölmə: Cəmiyyət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Volqoqrad polisi cümə axşamı axşam saatlarında şəhərin Sovetski və Voroşilovski rayonlarında baş vermiş kütləvi davanın iştirakçılarını axtarır.
Cümə günü Volqoqradda azı iki qətliam hadisəsi barədə RİA Novosti agentliyi yerli polisin məlumatlarına istinadən məlumat yayıb. İlkin məlumatlara görə, mayın 4-də axşam saatlarında hüquq-mühafizə orqanlarına iki müxtəlif ərazidə naməlum şəxslərdən ibarət iki qrup arasında münaqişənin baş verməsi barədə məlumat daxil olub. Dava olduğu iddia edilən ərazilərə polis qrupları göndərilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, bir yerdə dava iştirakçıları polisi görüb tələsik geri çəkiliblər, digər yerdə isə onlara çatmamış gözdən itiblər. İlkin məlumata görə, dava zamanı iki nəfər xəsarət alıb. Hadisə ilə bağlı Volqoqrad hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır, dava iştirakçılarının şəxsiyyəti müəyyənləşdirilir. Münaqişələrin baş vermə şəraiti və səbəbləri araşdırılır.



Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər