Bütün xəbərlər
Gənc qadın atasını bıçaqla öldürüb
Tarix: 04-05-2023 23:30 | Bölmə: Cəmiyyət


Tverdə müstəntiqlər 18 yaşlı yerli sakini atasının qətlində ittiham edib, məhkəmə qızı istintaq təcridxanasına göndərib, TFR-nin regional istintaq idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, aprelin 28-nə keçən gecə ata və qız arasında qalmaqal yaranıb. Qız stolun üstündən bıçağı götürərək atasının boynuna ən azı bir dəfə bıçaq zərbəsi endirib. Kişi hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda iddia edilən qatilin şəxsiyyətini müəyyənləşdiriblər - şübhəli şəxs saxlanılaraq dindirilib. Ona qarşı qətl işi açılıb.
Bundan əvvəl məhkəmə istintaqın tələbi ilə onu həbsə göndərib.



Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb