Bütün xəbərlər
Mənzillərdən birində qətlə yetirilən qadının meyiti tapılıb
Tarix: 04-05-2023 22:02 | Bölmə: Cəmiyyət


Metropoliten müstəntiqləri 46 yaşlı qadının qətlinin hansı şəraitdə baş verdiyini araşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bıçaq xəsarətləri olan qurbanın meyiti mayın 4-də Lebedyanskaya küçəsindəki evlərdən birinin mənzilində tapılıb.
Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, mərhumun bədənində döş qəfəsi və qarın nahiyəsində bıçaq xəsarətləri aşkar edilib. Zərərçəkmişlə hücum edən arasında mübarizə əlamətləri var. Cinayəti törətməkdə şübhəli bilinən şəxs axtarışa verilib. Faktla bağlı “qətl” maddəsi ilə cinayət işi başlanıb.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb