Bütün xəbərlər
Öldürülən animatorun dul arvadı Kirilin axtarışında iştirak edən hər kəsə təşəkkür edib
Tarix: 03-05-2023 23:57 | Bölmə: Cəmiyyət


Daria Çubko bildirib ki, Kubanda qatillərin əlində həlak olan əri Kirilin dəfn mərasimi mayın 5-i cümə günü keçiriləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü Krasnodar resursları quldurların əlində həlak olan Kirill Çubkonun dul arvadı Dariyanın videomüraciətini yayıb. O, ərinin axtarışında iştirak edən hər kəsə, çətin anlarında yanında olan, dəstək olan və dəstək olmaqda davam edənlərə təşəkkür edib.
Qadın sona kimi ərinin sağ tapılacağına ümid edirdi, lakin təəssüf ki, ən dəhşətli fərziyyələr gerçəkləşdi. 37 yaşlı Kirill Çubkonun dəfn mərasimi mayın 5-də olacaq.
Mayın 3-ü axşam saatlarında "LizaAlert" axtarış-xilasetmə qrupu çərşənbə günü Kirillin həmkarı, 19 yaşlı Tatyana Mostykonun cəsədinin tapıldığını bildirib.

Qətlin istintaqı davam edir.



Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb