Bütün xəbərlər
Marat Kasem həbsdən azad edilib
Tarix: 27-04-2023 21:22 | Bölmə: Cəmiyyət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Sputnik Litva"-nın baş redaktoru Marat Kasem Latviya həbsxanasından zaminə buraxılıb.
"Sputnik Near Abroad" xəbər verir ki, məhkəmə başlamazdan əvvəl Marat Kasem saat 23:00-dan 7:00-a kimi qeydiyyat yerində evdə olmaq və həftədə iki dəfə polis bölməsində qeydiyyatdan keçmək məcburiyyətindədir.
Jurnalist Riqada Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. O, sanksiya rejimini pozmaqda və casusluqda ittiham olunub.
Rusiya Xarici İşlər Nazirliyi Baltikyanı ölkə hakimiyyətinin hərəkətlərini tənqid edib. Xüsusilə departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova beynəlxalq normaların növbəti dəfə pozulmasına işarə edib.


Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər