Bütün xəbərlər
Şimali Osetiyada kütləvi davada 50-dən çox insan toqquşub
Tarix: 26-04-2023 13:43 | Bölmə: Cəmiyyət


Şimali Osetiyanın Priqorodnı rayonunda polis məmurları atışma ilə kütləvi davadan sonra xidmətin gücləndirilmiş variantına keçirilib, Daxili İşlər Nazirliyinin regional idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Osetiya və İnquşetiyadan olan azı 50 nəfərin iştirakı ilə münaqişə aprelin 25-də axşam saatlarında Kurtat kəndində baş verib.Atışma olub, rəqiblər travmatik tapançalardan istifadə ediblər və onları yalnız köməyə gələn Milli Qvardiyanın döyüşçüləri ayıra bilib.
11 nəfər xəsarətlə xəstəxanaya çatdırılıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarının inandırdığı kimi davanın təhrikçiləri artıq dindirilib, onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Eyni zamanda Priqorodnı rayonunda ictimai asayişin qorunması tədbirləri gücləndirilib, şəxsi heyət gücləndirilmiş xidmət variantına keçirilib.


Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər