Bütün xəbərlər
Gəncə şəhərində xəstəxanada yanğın baş verib-Bir nəfər ölüb
Tarix: 26-04-2023 12:15 | Bölmə: Cəmiyyət

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


Baxış sayı: 291


Bölməyə aid digər xəbərlər